Yuxarı

İngiltərədən Avropa Birliyinə: “Ödəmirik!”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İngiltərədən Avropa Birliyinə: “Ödəmirik!”

İngiltərənin baş naziri Devid Kemeron ölkəsinin Avropa Birliyinin (AB) tələb etdiyi 2,1 milyard avroluq ortaq büdcəni ödəməyəcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, parlament qarşısında çıxış edən Kemeron İngiltərə iqtisadiyyatının bir çox Avropa ölkəsi ilə müqayisədə daha sürətlə inkişaf etdiyini bildirərək, indiyə kimi Birliyin bu qədər pul tələb etmədiyini deyib:

"Heç vaxt bizdən bu qədər vəsait tələb olunmamışdı. Qətiyyətlə bu miqdarı qəbul edə bilmərik. Tələb olunan pul ingilis vergi ödəyicilərinin puludur. Buna görə də bu rəqəm araşdırılmalıdır".

Baş nazir rəsmi şəkildə AB-nin tələb etdiyi pulu verməyəcəklərini bildirib:

"Biz belə bir tələbi rədd edirik. Biz bunu araşdıracağıq. AB-nin dəyişməsi və təkrar etibarını qazanması lazımdır. Milli maraqlarımızı müdafiə etməyə davam edəcəyik. AB-nin qarşıdan gələn illərdə islahatını təmin etməliyik. 2017-ci ilin sonunda Brüssel deyil, İngiltərə AB-də qalıb-qalmadığımıza qərar verəcək".

Bu arada Avropa Birliyi Komissiyasının Büdcədən Məsul Komissarı Jacek Dominik tələb olunan 2,1 milyard avronun vaxtında verilməyəcəyi təqdirdə cəza tətbiq olunacağını açıqlayıb.

Tarix
2014.10.27 / 23:07
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Dublində Əliyevlə Paşinyanın görüşü gözlənilir

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla