Yuxarı

Paşinyan adamını Moskvaya göndərdi: Saakyanı devirir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan adamını Moskvaya göndərdi: Saakyanı devirir

Qarabağ separatçılarının keçmiş “baş naziri” Araik Arutyunyan Moskvaya gedib.

Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, rəsmi İrəvan Bako Saakyanın xələfi olaraq məhz Arutyunyanı görür. Onun yeni Ermənistan hökumətinə münasibətdə özünü düzgün apardığı üçün İrəvan tərəfindən mükafatlandırılacağı bildirilib.

Qeyd edək ki, Arutyunyan 2007-2017-ci illərdə qondarma rejimin “baş naziri” olub. 2017-ci ilin sentyabrından cari ilin iyununa qədər isə o, Qarabağın “dövlət naziri” işləyib və faktiki olaraq Bako Saakyandan sonra qondarma rejimdə ikinci ən nüfuzlu şəxs olub.

Ermənistanda Serj Sərkisyanın istefaya getməsindən sonra iyunda Qarabağda baş separatçıya qarşı etiraz aksiyaları keçirilib. Aksiyalarda əsas tələb separatçıların “güc strukturlarının” rəhbərlərinin dəyişdirilməsi olub. Etirazçıların Arutyunyanın istefasını istəməmələrinə rəğmən o da dərhal istefaya gedib. Sonradan mətbuata açıqlama verən Arutyunyan bu addımını “hökumət”də reformlara ehtiyac olması ucbatından atdığını və istefa qərarında heç kimin təzyiqi olmadığını bildirib.

Maraqlı məqam Arutyunyanın istefasının Paşinyanın hakimiyyətə gəlməsiylə eyni vaxta düşməsidir.

Tarix
2018.12.13 / 11:10
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla