Yuxarı

Antarktida yox olur, suyun səviyyəsi qalxır – NASA

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Antarktida yox olur, suyun səviyyəsi qalxır – NASA

NASA əvvəllər Şərqi Antarktidada stabil və qlobal iqlim dəyişikliklərinə reaksiya verməyən buzlaqların əriməyə başladığını aşkar edib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı NASA-nın saytında yer alıb. Məlumata görə, bu buzlaqların əriməyə davam edəcəyi təqdirdə dünya okeanının səviyyəsi əhəmiyyətli səviyyədə qalxacaq və bütün planet üçün fəlakətli nəticələrə gətirib çıxaracaq.

NASA bu regionda, xüsusilə, ən böyük buzlaq hesab edilən Tottenin əriməyə başladığını bildirib. Belə ki, bu buzlağın tam əriyəcəyi təqdirdə dünya okeanlarının səviyyəsinin 3 metr qalxacağı iddia edilib.

Totten buzlağı ilə bərabər Andervud, Bond, Adams və Vanderford buzlaqlarının əriməyə başladığı da açıqlanıb. 2008-ci illə müqayisədə bu buzlaqların səviyyəsinin 3 metr azaldığı və illik 25 santimetrlik ərimə müşahidə edildiyi vurğulanıb.

NASA mütəxəssislərinin fikrincə, Şərqi Antarktidada ərimənin sürətlənməsinə səbəb okeanda buz səviyyəsinin dəyişilməsiylə əlaqədar dərinlikdən çıxan isti sudur.

Tarix
2018.12.13 / 11:37
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla