Yuxarı

İnanılmaz araşdırma: Ayla Yer arasına nə sığa bilər?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnanılmaz araşdırma: Ayla Yer arasına nə sığa bilər?

Mütəxəssislər bir çox adamın ağlına gəlməyəcək bir araşdırmaya imza atıb.

Axar.az xəbər verir ki, araşdırmaya görə, sən demə, Yer planeti ilə Ay arasında olan məsafəyə Günəş sisteminin bütün planetlərini sığışdırmaq olar.

"Universe Today" dərgisinin Astronomiya və kosmos xəbərləri bölməsinin yazarı Fraser Kain bu barədə araşdırmalara başlayaraq NASA-dan Günəş sisteminə daxil olan bütün planetlərin gerçək diametrini əldə edib. Onun açıqlamasına görə, bu, hər kəsdə təəccüb yaradacaq təsadüf ola bilməz:

"Belə bir araşdırma aparmaq qərarına gəldik. Əldə olunan nəticələrə görə, Merkuri 4,879, Venera 12,104, Mars 6,771, Yupiter 139,822, Saturn 116,464, Uran 50,724, Neptun isə 49,244 kilometr diametrindədir. Planetlərin ümumi diametri isə təxminən 380,008 kilometrdir. Yer və Ay arasındakı məsafə isə təxminən 384,400 kilometrdir. Bu hesaba görə, 4,392 km boşluq qalır. Beləliklə, diametri 2,300 kilometr olan Plutonu da bu boşluğa qoysaq, o zaman yenə də 2.092 km boşluq qalır. Bu, qeyri-adi hadisədir".

Tarix
2014.10.28 / 02:02
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla