Yuxarı

Putin Ukrayna xalqını qələbə münasibətilə təbrik etdi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Ukrayna xalqını qələbə münasibətilə təbrik etdi - Video

Rusiya Prezidenti Vladimir Putin ukraynalıları faşist işğalçılarından azad olmasının 70 illiyi münasibətilə təbrik edib.

Axar.az RİA Novosti-yə istinadən xəbər verir ki, Putin Rusiya və Ukrayna xalqlarının yaxın dostluq ənənələrinin qorunmasının vacibliyini deyib.

"Bizim ata və babalarımız birlikdə Vətənin azadlığı və müstəqilliyi uğrunda mərdliklə vuruşaraq düşməni məhv edib və çoxdan gözlənilən Qələbəni yaxınlaşdırıblar. Biz onlar tərəfindən əsası qoyulmuş qardaşlıq ənənələrini quruyub saxlamalıyıq. Faşist ideologiyasının yayılmasının qarşısının alınması üçün gənc nəslin yüksək vətənpərvərlik dəyərləri üzərində maarifləndirilməsi vacibdir", - prezidentin Kremlin mətbuat xidməti tərəfindən yayılan müraciətində bildirilib.

Putin Ukrayna veteranlarına can sağlığı və gümrahlıq, bütün qardaş Ukrayna xalqına isə sülh və əmin-amanlıq arzulayıb.

Qeyd edək ki, oktyabrın 28-i Ukraynanın faşist işğalçılarından azad edilməsi günü kimi qeyd olunur. 2009-cu ilin oktyabrın 21-də o vaxtkı prezident Viktor Yuşenko bu günün ümummilli bayram kimi qeyd olunması üçün sərəncam imzalayıb.

Tarix
2014.10.28 / 12:19
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla