Yuxarı

Avstriyada müsəlmanlara 50 minlik dəstək: Hamımız Əliyik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avstriyada müsəlmanlara 50 minlik dəstək: Hamımız Əliyik

Avstriyanın paytaxtı Vyanada 50 mindən çox insan iqtidardakı koalisiyanın müsəlman və qaçqınlara qarşı yeritdiyi siyasətə etiraz edib.

Axar.az xəbər verir ki şəhərin “Vestbahnhof” dəmir yolu vağzalına toplaşan etirazçılar “Hökumət bu ölkə üçün utancdır”, “Radikal sağçı hökumətə yox”, “Nazilərə yox” kimi plakatlar qaldırıblar. Vyana sakinləri müsəlmanların ölkələrində baş verən bütün mənfi hadisələrin səbəbkarı kimi göstərilməsini qınayıblar.

Etirazçılar məktəblərdə hicabın qadağan edilməsi ilə bağlı qanun layihəsinə etiraz edərək, türkcə “Hicab qadağası irqçilikdir” yazılan plakat qaldırıblar.

Bundan əlavə, etirazçılar hökumətin son bir il ərzində varlıların tərəfini saxlayaraq işçi və azgəlirli təbəqənin sosial hüquqlarının tapdaladığını bildiriblər.

Etirazlardan dolayı şəhərin küçələrində nəqliyyatın hərəkəti məhdudlaşıb.

Aktivistlər Avstirya Azadlıq Partiyasının sosial şəbəkələrdə “Əli” və “Mustafa” kimi müsəlman adları ilə bağlı irqçi paylaşımlarına “Hamımız Əliyik” plakatı ilə cavab veriblər.

Tarix
2018.12.16 / 01:14
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

İranın işi qəlizləşdi: Sərrafı naşı, Arifi nadan...

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

Ümid Özdağ Bakıya gəlir - Tarix

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla