Yuxarı

Gürcüstanda toqquşmalar başladı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanda toqquşmalar başladı - Video

12:07

Gürcüstan müxalifəti Prezident Salome Zurabişvilinin andiçmə mərasimi zamanı keçiriləcək etiraz aksiyası hazırlıqlarına başlayıb.

Axar.az xəbər verir ki, "Güc birlikdədir" müxalifət birləşməsi və tərəfdarlarının olduğu onlarla maşın paytaxt Tiflisdən Telavi istiqamətində yola düşüb.

Dinc aksiya planlaşdırdığını əvvəlcədən elan edən müxalifətin əsas tələbi növbədənkənar parlament seçkilərinin keçirilməsi olacaq. Gürcü hökuməti müxalifətin qarşısını almaq məqsədilə Telaviyə gedən ən qısa yolları bağlayıb, müxalifətin bəyanat səsləndirəcəyi meydana giriş dayandırılıb.

***

Gürcüstan polisinin Qurcani istiqamətindən Telaviyə gedən yolu bağlaması müxalifət nümayəndələrinin kəskin narazılığına səbəb olub. Bir qrup insan polis kordonunu yararaq irəliləməyə nail olsa da, yolun qarşıda yenidən bağlandığının şahidi olub. Hazırda ərazidə vəziyyətin çox gərgin olduğu bildirilir.

Etirazçılarla polis əməkdaşları arasında qarşıdurma baş verib.

Polis andiçmə mərasiminin keçiriləcəyi yerin yaxınlığında belə bir aksiyanın keçirilməsinə icazə verilməyəcəyini bir daha qeyd edib.

Tarix
2018.12.16 / 14:39
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla