Yuxarı

Gürcü müxalifəti yenidən ayağa qalxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcü müxalifəti yenidən ayağa qalxdı

Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının (VMHP) tərəfdarları Tiflisdə, parlament binası qarşısında etiraz aksiyasına başlayıb.

Axar.az Report-a istinadla xəbər verir ki, aksiya iştirakçıları Salome Zurabişvilini Gürcüstan prezidenti kimi tanımadıqlarını bildiriblər. Etirazçılar həmçinin bu gün Telavi şəhəri və Qurcaani rayonunda polislə müxalifətçilər arasında baş vermiş qarşıdurmalara da etiraz edirlər.

Aksiya iştirakçıları parlamentin binası qarşısında çadırlar qurmağa başlayıblar.

Bundan öncə VMHP-nin lideri, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili tərəfdarlarına müraciət edərək, onları Tiflisin Rustaveli prospektinə toplaşmağa çağırıb.

Qeyd edək ki, bu gün Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi keçirilib. Telavidə keçirilən mərasim zamanı mitinq niyyəti ilə bu şəhərə getmək istəyən müxalifətin maşınlarının qarşısı kəsilib. Bu səbəbdən müxaliflərlə polis arasında qarşıdurma yaşanıb.

Tarix
2018.12.16 / 20:46
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla