2012-ci ilin noyabrından İŞİD terrorçularının
əsirliyində olan ingilis jurnalist Con Kentil "Kobani xəbərləri"ni
təqdim edib.
Axar.az xəbər verir ki, terrorçuların göstərişi ilə jurnalist
Kobani haqda son xəbərləri təqdim edib.
İŞİD-ə məxsus olduğu bilinən pilotsuz təyyarə vasitəsi ilə
Kobaninin ən son görüntüləri təqdim olunan xəbər ən son texnologiya
ilə peşəkarcasına hazırlanıb.
Jurnalist verdiyi məlumatda İŞİD-in Kobanini tam nəzarətə
aldığını bildirib: "ABŞ-ın yarım milyard dollarlıq hücumları heç
bir nəticə verməyib. Kobani İslam Dövlətinin nəzarətindədir. Qərb
mediası buradakı həqiqətləri əks etdirmir. Hal-hazırda PKK-nın
nəzarətində olduğu deyilən ərazidəyəm. Amma bir nəfər də olsun
qərbli jurnalsit gözümə dəymir".
Qeyd edək ki, mütəxəssislər jurnalistin bu çıxışını
terrorçuların təzyiqi altında verdiyini bildirir.