Yuxarı

Çin: "ABŞ Yaponiyaya dəstək verməkdən əl çəkməlidir"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin: "ABŞ Yaponiyaya dəstək verməkdən əl çəkməlidir"

ABŞ-ın vitse-prezidenti Joe Biden Yaponiya, Çin və Cənubi Koreyaya səfəri çərçivəsində Çinə gəlib.

"Axar.az"ın xəbərinə görə, Joe Biden Çinin Şərqi Çin dənizi sahilində mübahisəli adaları da əhatə edən havadan müdafiə zonası yaratması zamanı Yaponiya ilə yaranan gərginliyi azaltmaq üçün bu ölkələrə çağırış edib.

Çin rəsmiləri bildirirlər ki, əgər Vaşinqton rəhbərliyi bölgədə gərginliyin aradan qaldırılmasını istəyirsə, Yaponiyaya dəstək verməkdən əl çəkməlidir.

Biden Asiya səfəri çərçivəsində Çin prezidenti Xi Jinpinq ilə görüşüb. İki ölkə arasında qarşılıqlı maraq doğuran qlobal və regional məsələlər müzakirə olunub.

Görüş zamanı Çin prezidenti Xi bildirib ki, iki ölkə arasındakı mübahisəli məsələləri həll etməyin yolu dialoq və əməkdaşlığın inkişaf etdirilməsindən keçir.

Qeyd edək ki, Asiyada səfərdə olan Biden 2009-cu ildə vəzifəyə gəldikdən sonra Çinə ikinci rəsmi səfərini edib.

Tarix
2013.12.04 / 21:39
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla