Yuxarı

Rusiya Ermənistandakı bazasını bağlaya bilər - Şurıqin

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Ermənistandakı bazasını bağlaya bilər - Şurıqin

Ermənistanın siyasi gələcəyi onun öz qonşularıyla münasibətini necə quracağından asılıdır.

Axar.az xəbər verir ki, bunu “Vestnik Kavkaza” saytına açıqlamasında rusiyalı jurnalist Vladislav Şurıqin deyib.

“Gümrüdəki 102-ci bazanı Ermənistanda saxlamağın mənası yoxdur. Bu, İrəvanla xüsusi əlaqələri olan keçmiş müdafiə naziri Qraçevin ermənilərə etdiyi şəxsi güzəşt idi. O, Ermənistana Rusiya himayəsiylə bağlı zəmanət vermək üçün burada hərbi baza yerləşdirdi. Onun burada yerləşməsinin heç vaxt heç bir ciddi əhəmiyyəti olmayıb. İndiki erməni rəhbərliyinin siyasəti və rolunu nəzərə alsaq, biz bu bazanı rahat şəkildə buradan çıxarda və qarşılığında heç nə itirməyə bilərik. Rusiyanın Ermənistanda hərbi mövcudluğunun bir sadə səbəbi var, o da Ermənistanın faktiki olaraq təcrid olunmuş vəziyyətdə olmasıyla bağlıdır. Bu ölkənin siyasi gələcəyi onun öz qonşularıyla münasibətini necə quracağından asılıdır. Bizim üçün hər zaman Azərbaycanla daha inkişaf etmiş münasibətlərə sahib olmaq önəmli olub, lakin müəyyən siyasi vəziyyətlərə görə, bunu zəif inkişaf etdirmişik”, – deyə o bildirib.

Tarix
2018.12.19 / 11:39
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

Prezidentlər Şuşa qalası önündə - Foto

Əliyev və Ərdoğandan qardaşlıq mesajı - Foto

Prezidentlər Zəfər abidəsinin önünə əklillər qoydular

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Birinci xanımlar çay süfrəsi arxasında söhbət etdilər - Foto

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla