Yuxarı

Anti-terrorçular Minskdə toplaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anti-terrorçular Minskdə toplaşır

Terrorizmlə mübarizəyə həsr edilmiş beynəlxalq konfrans növbəti həftə Minskdə keçiriləcək.

Bu barədə Belorusiya DTK mətbuat xidmətindən məlumat veriblər. "Belorusiya Dövlət Təhlükəsizlik Komitəsi oktyabrın 30-31-də Milli Akademiyanın bazasında "Terrorizmlə mübarizədə dövlətlərin, ictimai sektorların və işgüzar cəmiyyətlərin tərəfdaşlığı – dialoq, razılaşma və qarşılıqlı fəaliyyət vasitəsilə təhlükəsizlik" mövzusunda beynəlxalq konfrans keçirəcək", - deyə məlumatda bildirilir.

Forumda KTMT (Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatı) katibliyinin, MDВ Anti-terror mərkəzinin, ATƏT-in müvafiq strukturlarının, Rusiya, Qazaxıstan, Çin, İndoneziya, Nigeriya, Belçika, Fransanın dövlət rəsmiləri, eləcə də xarici diplomatik missiya nümayəndələri iştirak edəcəklər.

Gündəliyə sülh və razılıq, mədəniyyətlərarası, millətlərarası, dinlərarası məsələlər, eləcə də terrorizmlə mübarizədə dövlətlərin və işgüzar cəmiyyətlərin qarşılıqlı fəaliyəti sahəsindəki aktual problemlər, anti-terror müdafiə vasitələri və metodlarının təkmilləşdirilməsi məsələləri daxil edilib.

Tarix
2014.10.29 / 13:55
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla