Yuxarı

Zurabişvili Qamsaxurdiyaya görə parlamentə müraciət etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zurabişvili Qamsaxurdiyaya görə parlamentə müraciət etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentə müraciət edərək, ölkənin ilk prezidenti Zviad Qamsaxurdiyanın ölümünün tədqiqatının uzadılmasını xahiş edib.

Axar.az xəbər verir ki, o, bununla bağlı parlamentə tapşırıq vermək səlahiyyətinin olmadığını anladığını, amma buna rəğmən Qamsaxurdiya ailəsinin bu məsələ ilə bağlı tələblərinə dəstək olduğunu bildirib.

Qeyd edək ki, Zviad Qamsaxurdiya 1993-cü ildə Cixaşkari kəndində müəmmalı şəraitdə ölüb. Gürcüstan hökumət rəsmilərinin həmin dövrdəki açıqlamalarına əsasən, Qamsaxurdiya intihar edib. 2015-ci ildə isə Gürcüstan Baş Prokurorluğu cinayət işində intihar maddəsini qətl maddəsi ilə əvəz edərək, tədqiqata yenidən başlayıb.

31 dekabrda cinayətin baş verməsindən 25 il keçəcək. Gürcüstan qanunvericiliyinə görə, bu qədər müddətdən sonra əgər Qamsaxurdiya ölümü ilə bağlı günahkar tapılsa belə, onu həbs etmək mümkün olmayacaq.

Tarix
2018.12.21 / 15:54
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla