Yuxarı

PKK Avropanı İŞİD-çilərlə hədələdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
PKK Avropanı İŞİD-çilərlə hədələdi

ABŞ-ın Suriyadan çəkilmək barədə qərarından sonra YPG terrorçuları Avropanı İŞİD-çiləri azadlığa buraxmaqla hədələyib.

Axar.az xəbər verir ki, özlərini Suriya Demokratik Qüvvələri adlandıran PKK üzvləri İlham Əhməd və Riad Dirar dəstək almaq üçün Fransaya səfər edib. Terrorçular Fransa Prezidenti Emmanuel Makronla görüşmək istəsələr də, buna nail ola bilməyiblər. PKK-çılar bunun əvəzində Makronun məsləhətçiləri ilə görüşüblər. Görüş barədə Fransanın "Le Monde" qəzetinə açıqlama verən PKK nümayəndəsi Əhməd İlham vəziyyətdən narahat olduqlarını söyləyib:

“Həmsöhbətlərimizə ABŞ-ın Suriyadan çəkilməsinin nəticələri ilə bağlı qorxduğumuzu dedik və onlarla bunun İŞİD-ə qarşı mübarizədə mənfi nəticələrini incələmək istədik. Artıq həbsxanalarımızı yoxlamayacağıq və Fransa daxil olmaqla, Qərb ölkələri adına orada saxladığımız yüzlərlə İŞİD-çinin qaçmasından qorxmaq məcburiyyətində qalacağıq. Müttəfiqlərimiz anlamalıdır ki, geri çəkilmələrindən dolayı torpaqlarımızı itirsək, yad terrorçuları özümüzlə birgə aparmayacağıq. Onlar (fransızlar) diplomatik səviyyədə səy göstərəcəklərini deyirdilər. Amma konkret addım atılmayıb”.

Qeyd edək ki, bundan əvvəl “Nyu York Tayms” qəzeti PKK-çı terrorçuların ABŞ-ın sözügedən qərarından sonra həbsxanalardakı İŞİD üzvlərini azadlığa buraxılmasını müzakirə etdiklərini iddia etmişdi.

Tarix
2018.12.22 / 21:37
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla