Yuxarı

Qəzzafinin oğlu Putindən dəstək istədi – Gizli görüş

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzzafinin oğlu Putindən dəstək istədi – Gizli görüş

Liviyanın keçmiş lideri Müəmmər Qəzzafinin oğlu Seyf əl İslam Moskvaya müraciət edərək, özünün prezident ambisiyalarının reallaşdırılması üçün dəstək verilməsini istəyib.

Axar.az xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi yayıb. Məlumata görə, Rusiya nümayəndələri artıq Qəzzafinin oğlu ilə əlaqəyə girməyə başlayıblar. Seyf əl İslamın onlarla həbsdən azad olduqdan dərhal sonra əlaqə qurduğu vurğulanıb.

Dekabr ayının əvvəlində isə Seyf əl İslamın nümayəndəsi Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanovla görüşüb. Görüşdə Boqdanova oğul Qəzzafinin Putinə və Rusiya hökumətinə ünvanlanan məktubu verilib. Məktubda Qəzzafi Rusiya hökumətiylə özünün Liviyanın gələcəyinə dair proqnozlarını bölüşüb və onlardan siyasi dəstək istəyib.

Agentlik Qəzzafinin nümayəndəsinin Moskvaya səfərinin ilk olmadığını bildirib. Bununla belə Moskvanın Qəzzafi ilə bərabər Liviya ordusunun rəhbəri Xəlifə Haftarla da münasibətlərinin yaxşı olduğunu və Kremlin hazırda kimə dəstək vermək istədiyini müəyyən etmədiyi vurğulanıb.

Tarix
2018.12.24 / 14:56
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla