Yuxarı

Çindən gözlənilən addım: rüsumları azaldır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çindən gözlənilən addım: rüsumları azaldır

Çin gələn il yanvarın 1-dən etibarən 700-dən çox adda məhsulun idxal və ixrac rüsumlarını azaldacaq və ya müvəqqəti ləğv edəcək.

Axar.az xəbər verir ki, bu barədə Çinin Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilən elanda qeyd edilir. Bildirilir ki, rüsumların azaldılması “Bir kəmər, bir yol” təşəbbüsünü və Çinin digər ölkələrlə iqtisadi-ticari əməkdaşlığının genişləndirilməsini dəstəkləmək, daxili bazarın xaricə daha çox açılmasını təşviq etmək məqsədi daşıyır.

Təyyarə mühərrikləri, təbii toxumlar da daxil olmaqla ölkədə ehtiyac duyulan məhsullara tətbiq olunan idxal rüsumları azaldılacaq. Məhsulların idxal rüsumları azaldılacaq ölkələr arasında azad ticarət sazişlərinin imzalandığı Yeni Zelandiya, Peru, Kosta-Rika, İsveçrə, İslandiya, Cənubi Koreya, Avstraliya da var.

Elana əsasən, Çin gələn il iyulun 1-dən daha 300 adda yüksək texnologiya məhsulunun rüsumlarını aşağı salacaq.

Bundan başqa, yanvarın 1-dən etibarən gübrə və dəmir filizi daxil olmaqla, 90 adda məhsul ixrac rüsumlarından azad ediləcək.

Qeyd edək ki, Çin bundan əvvəl avtomobil və dərmanlar da daxil olmaqla, bir neçə məhsulun idxal rüsumlarını aşağı salıb.

Tarix
2018.12.24 / 20:05
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla