Yuxarı

Mətin Akpınar həbs edilir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mətin Akpınar həbs edilir?

Deyilən sözləri qəbul etmək mümkün deyil. Sözlərin yumor adı altında xoş qarşılanması mümkün deyil. Əgər məqsəd yumordursa, bu olsa belə, bu cür deyilməz.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın tanınmış aktyorlar Mətin Akpınar və Müjdat Gəzənin prezidentlə bağlı təhqiredici sözlərinə münasibət bildirərkən deyib.

"Bu sözlər bu günün Türkiyəsi ilə əlaqədar deyilmiş cümlələrdir. Bu gün də ifadələri alındı. Kaş ki, onlar bizim uşaqlıq dövründə baxdığımız filmlərin qəhrəmanları olaraq qalsaydılar", - Qalın deyib.

Qeyd edək ki, bu gün hər iki aktyor ifadələri alınması üçün polis idarəsinə gətirilib. Onlar barəsində məhkəmə işinin qaldırılacağı gözlənilir. Hər ikisinin ölkə xaricinə çıxışına qadağa qoyulub.

Xatırladaq ki, hər iki aktyor tamaşaçıları ilə görüşündə Türkiyə iqtidarına ilişiblər. M. Gəzə Ərdoğanın hər kəsi azarlayaraq barmaq salladığını deyib və prezidentə "Həddini bil" deyə sərt sözlər söyləyib. M. Akpınar isə öz növbəsində daha sərt ittihamlar səsləndirib: "Mustafa Kamal Atatürkdən başqa, kim Rusiya ilə iş görübsə, iqtidardan gedib".

Bundan əlavə, Akpınar Adnan Menderes, Süleymen Dəmirəlin aradan götürülməsi ittihamı ilə çıxış edib.

Tarix
2018.12.24 / 21:35
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla