Yuxarı

İsrail Süleymanini Suriyada öldürdü? – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail Süleymanini Suriyada öldürdü? – Foto

11:08

İsrail ordusunun Suriyanın Cumraye tədqiqat mərkəzinə endirdiyi aviazərbələr nəticəsində 17 zabit və əsgər həlak olub.

Axar.az xəbər verir ki, bu barədə informasiya Suriya müxalifətindəki "etibarlı mənbələr"ə istinadən yayılıb. Məlumata görə, öldürülənlər arasında 3 yüksək vəzifəli İran zabiti də olub. Öldürülən iranlı zabitlərdən birinin briqada generalı, ikisinin isə polkovnik olduğu vurğulanıb.

Sayt həmçinin sosial şəbəkələrdə SEPAH-ın Qüds briqadasının komandiri Qasım Süleymaninin öldürülməsi barədə məlumatların yayıldığını bildirib. Bu şayiələri general Süleymaninin İranın məşhur din və dövlət xadimi Mahmud Haşimi Şahrudinin dəfn mərasimində iştirak etməməsi daha da gücləndirib.

Tehran hələlik Suriyada iranlı zabitlərin öldürülməsi xəbərini təsdiq etməyib.

Qeyd edək ki, 2 gün öncə İsrail qırıcıları Livan hava məkanında Suriya ərazisinə girərək, Dəməşq yaxınlığında hərbi bazaları hədəf almışdılar. İsrail zərbələrin İran bazalarına endirildiyini açıqlamışdı.

***

“Fars Nyus” agentliyi general Qasım Süleymaninin ölümü ilə bağlı yayılan məlumatı təkzib edib.

“İslam İnqilabına qarşı olan KİV Süleymaninin həlak olması barədə məlumat yayıb. Bu gün səhər Qüds briqadasının rəhbəri Süleymani İmam Xomeyni məscidində görünüb”, - agentliyin məlumatında qeyd edilib.

Agentlik Süleymaninin Mahmud Haşimi Şahrudinin bu gün keçirilən dəfn mərasimində olduğunu əks etdirən foto da yayıb.

Tarix
2018.12.27 / 23:29
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla