Yuxarı

İnsanların yorğunluğunu ölçən cihaz kəşf edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın müxtəlif tip oyun konsolları ilə məşhur olan "Nintendo Co." korporasiyası insan yuxusunun dərinliklərinə nəzarət üçün dünyanın ilk məişət cihazını hazırlayaraq onu satışa çıxarmağa hazırlaşır.

Axar.az xarici mətbuata istinadənxəbər verir ki, bu barədə Tokioda ekspertlərlə görüşdə korporasiya prezidenti Satoru İvata məlumat verib.

Yatağa yerləşdiriləcək cihaz mikrodalğalı şüalanma vasitəsilə yatmış insanın nəfəsini, nəbzini və vəziyyətinin digər parametrlərini izləyəcək. Əldə edilən məlumatlar uzaqda yerləşən serverə göndərilərək orada təhlil edilir və aparat sahibinə onun yorğunluq dərəcəsi barədə xəbər verilir, eləcə də qida rasionunun yaxşılaşdırılması, fiziki hərəkətlər və s. üzrə tövsiyələr edilir.

"Nintendo Co." prezidenti qeyd edib ki, cihaz 2015-ci ildə satışa çıxarılacaq və o vaxt onun qiyməti elan ediləcək. Korporasiya sağlamlıq vəziyyətinə nəzarətlə bağlı qurğuların istehsalını genişləndirmək niyyətindədir

Tarix
2014.11.01 / 10:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla