Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Aprel 2019


Bu gün Meksikada bütün ölülər diriləcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikada oktyabrın sonu və noyabrın əvvəli üçün ənənəvi olan şənlik ab-havası və qayğısızlıq bayramı yetişib – ölkə Ölülər gününü qeyd edir.

Adına baxmayaraq, bu bayramda məşum heç nə yoxdur. Minlərlə insan üzlərini boyayaraq və sanki dirilmiş ölü libası geyərək küçələrə axışır. Bayramın kökləri ispan mərhələsindən əvvələ gedib çıxır. Asteklər (Meksikada yaşayan hindu qəbilələrindən biri – red.) bu mərasimlə ölüləri yad edərdilər, bayramda əsas obraz isə Cənab Ölü – Miktlantekutli olardı. Bayram iyyul-avqust aylarında keçirlərdi. Lakin Meksikanın işğalından sonra ispan keşişləri onun vaxtını noyabrın əvvəlinə - Bütün Müqəddəslər Gününə keçirməyi qərara aldılar. Onlar bayramın bütpərəstlik əsaslarını məhv etməyə nail olmasalar da, müasir Meksikada bu bayram ənənə və adi şənliyin qeyri-adi qarışığına çevrilib.

Meksikanın bayrama hazır olması barədə şəhər meri Migel Anxel Mansera təntənəli şəkildə elan edib. Mərkəzi Sokalo meydanında nəhəng kəllələr və axirət anlamlı digər rəmzlər quraşdırılıb.

"Onlar, təəssüf ki, artıq bizimlə olmayan sevimlilərimizə həsr edilib", - deyə Mansera bildirib.

Onu da qeyd edək ki, meksikalılar noyabrın 1-də axirətə qovuşmuş uşaqları, 2-də isə böyüklərin xatirəsini yad edirlər. Bu günlərdə onlar qəbiristanlıqları ziyarət edirlər, lakin bu hüznlü mərasimi də meksikalılar şən əhvali-ruhiyyədə keçirirlər.

Tarix
2014.11.01 / 22:24
Müəllif
Təhminə C.B.
Şərhlər
loading...
Digər xəbərlər

İmamoğluna "xeyirli olsun" dedim, amma... - Binəli Yıldırım

Təbrizdə internet kəsildi: qarşıdurma davam edir - Video

Poroşenko Zelenskini təhqir etdi: Sən torbasan

ABŞ dünyanı Rusiyaya qarşı qaldırır

Mixail Qorbaçov seçkilərdə uduzdu

Konte Trampla Liviyanı müzakirə etdi

Tramp Xəlifə Haftara zəng etdi: Bunları qoru!

Poroşenko Zelenskini fərari adlandırdı

Prezident deputatları biabır etdi: Qəpik-quruş qazanırlar

BelAZ və MAZ-ı satmağa hazıram - Lukaşenko

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla