Yuxarı

Üç polisi güllələyən kanadalı beş ömürlük cəza aldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun əvvəlində Kanadanın şərqində Nyu Bransuik əyalətində Monkton şəhərində üç polis zabitini güllələyən 24 yaşlı Castin Burk yaxın 75 il ərzində vaxtından əvvəl azadlıq hüququndan məhrum edilməklə beş ömürlük müddətə həbs cəzasına məhkum edilib.

Axar.az RİA Novostiyə istinadən bildirir ki, C.Burkun açdığı atəş nəticəsində üç polis zabiti ölüb, iki nəfər isə yaralanıb. Onun həbs edilməsinə xüsusi təyinatlılar və aviasiya da cəlb edilib. Axtarışlar 30 saata qədər davam edib. Məhkəmə prosesi avqustda başlayıb.

CBC Nyus telekanalının bildirdiyinə görə, Nyu Bransuik əyalət məhkəməsi Burku üç qətl və iki qətlə təşəbbüs ittihamı ilə hər birinə bir ömürlük cəza olmaqla beş ömürlük cəzaya məhkum edib. Nyu Bransuikdəki Kral kürsüsü məhkəməsinin sədri Devid Smit bildirib ki, beş ömürlük müddət icbari şərt idi. Sual doğuran yeganə məsələ - qatilin müddətdən əvvəl azadlığa buraxılması üçün müraciət edə biləcəyi vaxta qədər həbsxanada keçirəcəyi illərin sayı idi. Məhkəmənin qərarına əsasən, həmin vaxtacan Burkun 99 yaşı tamam olmalıdır.

Castin Burka kəsilən cəza müddəti Kanadanın bütün tarixi boyunca ən uzunmüddətli cəza olacaq. Vəkilin sözlərinə görə, müttəhim apelyasiya şikayəti vermək niyyətndə deyil.

Tarix
2014.11.02 / 01:29
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla