Yuxarı

ABŞ-ın Rusiyanı cəza planı nəticə verir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 3 ayda neftin qiyməti 112 dollardan 86 dollara qədər geriləyib.

Mütəssislərin fikrincə, neftin qiyməti 2008-ci ildə yaşanan qlobal maliyyə böhranında belə bu cür sürətlə enməmişdi. Neft qiymətlərinin geriləməsinə əsas səbəb kimi dünyanı neftlə təmin edən bölgələrdə (Yaxın Şərq, Şimali Afrika, Rusiya) sabitliyin pozulması göstərilə bilər. Amma mütəxəssislər bunu digər bir səbəblə əlaqələndirir.

Əslində, Yaxın Şərqin tarixi boyu ən qanlı dövrünü yaşaması, Ukrayna böhranının Rusiyanın neft və qaz satışına təsir etməsi, Şimali Afrikada siyasi sabitliyin pozulması neftin qiymətini artmalı idi. Əvəzində isə əks proses başladı.

Dolların digər pul vahidlərinə nisbətdə sabit olması neft qiymətlərinin dollara görə azaldılması ilə izah oluna bilər. Lakin 112 dollardan 86 dollaradək eniş, 90 gün ərzində 20 faiz geriləmə təkcə bununla izah edilmir.

Mütəxəssislərin fikrincə, ABŞ Səudiyyə Ərəbistanı ilə razılaşaraq sonuncunun neft istehsalını artırmağa təhrik etdi. Daha sonra ABŞ daxilində neft yataqlarının işə düşməsi nəticəsində dünya neft bazarında tələb zəiflədi. Bu da neft qiymətlərinin 20 faiz geriləməsinə səbəb oldu. Məqsəd isə təbii ki, neftdən asılı olan Rusiya iqtisadiyyatını məhv etməkdir. Bununla da dünya bazarında süni əndişə yaradan ABŞ Rusiyanı çökdürməyi planlaşdırır. Neft və qaz gəlirlərindən asılı olan Rusiya iqtisadiyyatını sarsıtmaq son üç ayda gördüklərimiz planın, sadəcə, tərkib hissəsidir, hamısı deyil.

Beləliklə, biz hazırki gündə Obama administrasiyasının qeyri-hərbi yolla əldə etmək istədiyi qlobal çevrilişin şahidləri sayıla bilərik.

Digər tərəfdən, Ağ Ev rus xalqının aşağı neft qiymətləri nəticəsində batıb gedən bir Rusiyada səssiz qalmayacağını düşünərək, Putini sosial partlayışla üz-üzə qoyur. Təsadüfü deyil ki, Putinin ölkə daxilində reytinqi son iki ayda 12 faiz aşağı düşüb.

Bu siyasətin hansı nəticələr verəcəyini isə qarşıda görəcəyik.

Tarix
2014.11.02 / 23:53
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla