Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 İyun 2018


Osmanlı törəməsi olan London meri canlı verilişdə biabır oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maraqlı həyat tərzi ilə həmişə gündəmdə olan London meri Boris Conson kasıb adamların İQ səviyyələri aşağı olduğu üçün uğurlu ola bilmədiklərini demişdi.

Bu açıqlamasından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxan London meri Conson "LBS" radiosunda Nik Ferrarinin verilişində qonaq olub. Eton və Oksford məzunu olan siyasətçi İQ testi üzrə verilən 3 sualdan birinə də doğru cavab verə bilməyərək canlı verilişdə biabır olub.

Merə ilk olaraq "Bir adam dörd tərəfi də cənuba baxan kvadrat şəkilli bir ev tikir. Evə bir ayı gəlir. Ayı nə rəngdədir?" sualı verilib. Conson heç nə deyə bilməyəcəyini söyləyərək "Qəhvəyi?" deyə soruşub.

Amma belə bir ev ancaq Şimal Qütbündə tikilə bilər, ona görə də evə gələcək ayı da olsa-olsa bir qütb ayısı ola bilərdi. Yəni, cavab ağ idi.

Verilişin aparıcısı Consona ikinci sualını verib:

"3 alma arasından ikisini götürsən neçə alman olar?"

Conson əvvəl "çoxlu", sonra da "bir alma" deyə cavab verib. Sualın cavabı isə əlbəttə ki, 2 almaydı.

Verilişin sonuncu sualı: "Gecə saat 8-də yatmamışdan qabaq saatımın zəngini 9-a qurdum. Zəng çalmamışdan əvvəl neçə saat yatmış oluram?"

Doğru cavab, siferblatlı zəngli saatlarda səhər-axşam fərqi olmadığına görə "bir saat" olmalı idi. Mer bu suala da doğru cavab verə bilməyib.

Qeyd edək ki, Boris Conson "GQ" İngiltərə jurnalının oxucuları tərəfindən aparılan səsvermə nəticəsində İngiltərənin ən cazibəli adamı seçilmişdi. Kraliça Elizabet və baş nazir Devid Kameronu arxada qoyan Conson əslində Osmanlı törəməsidir. 48 yaşında olan Boris Conson Fərid Paşa hökumətində Daxili İşlər naziri işləmiş jurnalist Əli Kamal bəyin nəvəsidir.

Tarix
2013.12.05 / 11:44
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Загрузка...
Digər xəbərlər

Adminitrasiyadan Ərdoğana təbrik: Yola davam...

AKP-dən ilk seçki açıqlaması: Namus məsələsidir!

İstanbul və Ankarada lider kimdir? - Seçki

İncəyə şok: səs verdiyi sandığın nəticəsi

Kürd liderdən biabırçı məğlubiyyət: Hələ ki...

Türkiyə və ABŞ ordusundan növbəti həmlə

Nazirlik rəqəmləri açıqladı: Builki seçki…

BMP "Volsvagen"i belə əzdi - Video

Türkiyədə seçki faciəsi? - Yıldırım danışdı

Ərdoğandan seçki ilə bağlı ilk açıqlama

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla