Yuxarı

Putin vətən xaini elan edilə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Ukraynada geri addım atsa, çəkilməyə başlasa, Putinin ətrafında yaranan vətənpərvər dəstə, onun özünə qarşı çıxmağa başlayacaq".

Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı Natiq Cəfərli öz Feysbuk səhifəsində çıxış edib.

O bildirib ki, Ukrayna böhranı olmasaydı belə, Rusiya iqtisadi tənəzzülə uğrayacaqdı:

"Ukraynanın şərqındə, separat bölgələrdə qondarma seçkilər keçirildi. Kreml Qarabağda, Dnestryanı bölgədə, son olaraq isə Krımda həyata keçirdiyi ssenarini bu bölgədə də tətbiq etdi (Abxaziya və Osetiyanı qeyd etmədim, çünki, onların "müstəqilliyini" Rusiya artıq tanıyıb). Kremlin məqsədi aydındır: 1) Problemi imitasiya yolu ilə xalqın öz müqəddəratını təyin etmə hüququ anlayışı çərçivəsinə salmaq; 2) Bacardıqca münaqişəni uzadaraq, Ukraynaya təsir rıçaqlarını uzun müddət saxlamaq; 3) Daim həmin bölgədə gərginliyi artıraraq, Ukraynanın enerjisini, gücünü, zamanını islahatların aparılmasından yayındırmaq.

Sual yaranır ki, Ukrayna böhranına görə Rusiyaya tətbiq edilmiş sanksiyalar, neftin və rublun dəyərdən düşməsi artıq Rusiya iqtisadiyyatına ciddi ziyan vurub, vurmaqda da davam etdiyi bir şəraitdə Kreml niyə gərginliyin artırılması yolunu tutub? Məncə, bu sualın bir neçə cavabı var. Rusiya iqtisadiyyatı primitiv, resurslar üzərində qurulmuş, korrupsiyalaşmış bir modeldir, siyasi idarəetmə isə aşırı dərəcədə mərkəzləşmiş, yarıqapalı, anti-demokratikdir. Bu fundamental problemlərə görə, hətta Ukrayna böhranı olmasaydı belə, Rusiya iqtisadiyyatını ciddi tənəzzül gözləyirdi. Qərblə qarşıdurma olmasaydı, böhranın səbəbkarı Putin iqtidarı olacaqdı, indi isə, Kreml ideoloqları hər vasitə ilə yaranmış vəziyyətin bütün məsuliyyətini Qərbin, Avropa İttifaqı və ABŞ-ın düşmənçilik siyasətinin üzərinə atmağa çalışırlar. Hələ ki, bu təbliğat işləyir, amma Rusiya cəmiyyəti artıq eyforiyadan çıxaraq, reallığı görməyə başlayıb, bu isə, orta vədədə Putinin qurduğu oyunu pozacaq, xalq problemlərin kökünün məhz zay olan idarəetmə sistemində görməyə başlayacaq. Gərginliyin bilərəkdən artırılması, hələ ki Kremlə divident gətirir deyə, bu davamlı olacaq, Donbasda olan son seçkiləri tanımağı isə Kremlə qarşı yeni sanksiyalar dalğası ilə nəticələnəcək".

İqtisadçı Putinin öz ətrafının qurbanına çevriləcəyini deyib:

"Putin vətənpərvər ritorikası və güc siyasətinin girovuna çevrilib. İndi Ukraynada geri addım atsa, çəkilməyə başlasa, Putinin ətrafında yaranan vətənpərvər dəstə, onun özünə qarşı çıxmağa başlayacaq. Məsələn, Kremlin ideoloqlarından biri Duqin açıq yazdı ki, əgər Putin "Novorosiyanı" satsa, o, mübarizədən çəkilsə, geri addım atsa, Putin hakimiyyəti itirəcək və xain elan olunacaq. İşlək bir sivil, normal ideologiyası olmayan Kreml, son illərdə mühafizəkar-vətənpərvərliyə sığınıb, indi də bunun təsiri altına düşüb, çıxış imkanı demokratik açılımdır, buna da getsələr, Putin yenə hakimiyyətini itirəcək. Bir sözlə, ciddi tələyə salıb özünü: geri çəkilsə "vətənpərvərlər", açılım etsə isə "demokratlar" onu "yeyəcək". Digər problem odur ki, Putin ətrafında olanların loyallığını pulla alırdı, indi sanksiyalar gücləndikcə ətrafında olan güclü oliqarxların qazancı azalır, pul itirirlər, hətta Qərbin "qara siyahısına" düşərək, illərdir özlərinin və ailələrinin öyrəndikləri həyat tərzindən imtina etməli olurlar. Yəni, qazanc itir, şəxsi problemləri artır, bu isə, siyasi loyallığı azaldır. Ola bilər ki, belə davam etsə, Putin elə öz ətrafının qurbanına çevrilsin".

N.Cəfərli Rusiyanı ən sadiq müttəfiqlərinin də satdığını söyləyib:

"Rusiyanın başı dərddədir, müttəfiqləri düşünürdülər ki, Rusiya çox güclüdür, Qərb-Rusiya qarşıdurması illərlə davam edəcək. Amma görünən odur ki, primitiv iqtisadiyyatı və idarəetmə sistemi təsəvvür edilməz dərəcədə zəif imiş, bir neçə aya Rusiya ciddi zəifləməyə başladı. Bunu görən ən sadiq müttəfiqlər belə, artıq düşünməyə başladılar: Lukaşenko öz oyununu qurur, Qərblə yaxınlaşmağa çalışır, Nazarbayev 2 gün öncə yenə Avrasiya Birliyindən çıxa biləcəklərini bəyan edib, Ermənistanda anti-Rusiya hərəkatı başlandı. Bütün bunları görən digər dövlətlərin hələ də Rusiya ilə bağlı illüziyaları qalıbmı? Hökumətlər hələ də anlamırmı ki, batan gəminin yanında olmaq çox təhlükəlidir? Yaxın zamanda bu sualların cavabını biləcəyik".

Tarix
2014.11.03 / 21:28
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla