Yuxarı

Əsgərlərimiz ən müasir çəkmələri geyinəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Quru Qoşunları "yeni nəsil" hərbi çəkmələri istifadəyə qəbul edib.

APA-nın məlumatına görə, "Yakupoğlu Dəri Sənaye" (YDS) şirkəti tərəfindən aparılmış geniş tədqiqatlar nəticəsində hazırlanan yeni çəkmələr əsgərlərin ayağını döymür, eyni zamanda hərbi çəkmələrlə bağlı yaşanan bir çox problemləri aradan qaldırılır

Çətin şəraitlərdə, bütün fəsillərdə istifadə oluna bilən, qabaqcıl daban texnologiyasının tətbiq olunduğu yeni çəkmələr orduda geyilən mövcud çəkmələrdən 300 qram yüngüldür.

YDS şirkətinin İdarə Heyətinin sədri Vedat Yakupoğlu rəhbərlik etdiyi şirkətin Türkiyə ilə yanaşı İtaliya, Fransa, İngiltərə, Rusiya, Azərbaycan, digər dövlətlərin orduları üçün hərbi çəkmələr istehsal etdiyini, yeni çəkmələrin isə "dünyada ən son modul və ən yaxşısı" olduğunu vurğulayıb.

Yanları kamuflyaj olunmuş çəkmələr əsgərlərin geyimləri ilə uyğunluq təşkil edir.

V. Yakupoğlu Türkiyə Quru Qoşunları üçün xüsusi olaraq hazırlanmış çəkmələrin Azərbaycan və Rusiya Silahlı Qüvvələri tərəfindən də seçildiyini bildirib.

Qeyd edək ki, sentyabr ayında Bakıda keçirilmiş ADEX-2014 sərgisi çərçivəsində Azərbaycan Silahlı Qüvvələri üçün YDS-dən 125 min cüt hərbi çəkmənin alınmasına dair müqavilə imzalanıb.

Tarix
2014.11.04 / 12:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla