Yuxarı

Oliqarxlar “Maydan” hərəkatına başlayacaq - Proqnoz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kreml getdikcə daha çox xalqın maraqlarına toxunan addımlar atmaq məcburiyyətində qalacaq".

Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı Natiq Cəfərli öz Feysbuk səhifəsində çıxış edib.

İqtisadçı Kremlin hadisələri artıq proqnozlaşdıra bilmək imkanına sahib olmadığını söyləyib:

"Rusiyada maraqlı proseslər gedir. Putin hakimiyyəti öncədən görə bilmədiyi hadisələrlə üzbəüz qalıb, çıxış yolu kimi isə, cəmiyyətə basqını və maliyyə yükünü artırmaqda görürlər. Kreml getdikcə daha çox xalqın maraqlarına toxunan addımlar atmaq məcburiyyətində qalacaq. Çünki iqtisadiyyat çökür, gəlirlər azalır, rubl dəyərdən düşür deyə inflyasiya artır, qiymətlər yüksəlir. Son addımlar onu göstərir ki, Kreml vəziyyəti düzgün analiz edə bilmir, reallıq hissini itirir. Son günlərin qərarları:

1) Kreml 4 milyona yaxın dövlət və hökumətə çalışan məmurun (orta və kiçik) xaricə çıxışına məhdudiyyətlər qoymağa, xarici pasportlarını əllərindən almağa hazırlaşır. Məqsəd aydındır, batan gəmidən ilk olaraq məmurlar qaçmağa çalışacaqlar;

2) Dünyada neftin qiymətinin sürətlə düşməsinə, Rusiyanın isə ən iri neft dövlətlərindən biri olmasına baxmayaraq, azalan büdcə gəlirlərinin bir hissəsini xalqın cibindən çıxartmağı düşünən Kreml yanvarın 1-dən benzinin qiymətini 14-15% artırmağa qərar verib;

3) Dövlət və hökumət aparatının azaldılması qərarı da qəbul olunub. Təqribən 1 milyona yaxın insan ixtisara düşəcək, bundan əlavə, Rusiyaya tətbiq edilən ciddi sanksiyalar nəticəsində biznes ziyan görür, məcburən kiçilir, ona görə də biznes sahələrində də ixtisarlar artacaq. Tək maşınqayırma sahəsində 250 min insanın işsiz qalacağı proqnozlaşdırılır. Bank sferasında da ciddi ixtisarlar olacaq, minlərlə insan işsiz qalacaq".

O, "Rus Maydan"nının əsas təşkilatçılarının rus oliqarxları olacağını deyib:

"Dəfərlərlə qeyd etdiyim kimi, Rusiya kimi ölkələrdə aşağıdan yuxarıya siyasi loyallıq ideoloji olmur, maraqlar üzərində qurulur, pulla alınır, korrupsiya ilə ayaqda durur. İnsanların güzəranı pisləşdikcə, gəlirləri azaldıqca siyasi loyallıqları da azalacaq. Bunun sübutu kimi, dünən Moskvada və Rusiyanın digər şəhərlərində "rus millətçilərinin" yürüşləri olub. Krımın ilhaqından sonra bu il daha çox insanın bu yürüşlərdə iştirak etməsini gözləsələr də, bütün administrativ resurslara baxmayaraq, gözləniləndən az insan bu aksiyaya qatılıb. Deməli, cəmiyyət ayılmağa başlayıb, Kreml belə davam etsə, Putin reallığı görməsə, sanksiyalar daha da güclənsə, yaz-yay aylarında biz Rusiyada "Maydan" hərəkatının başlanmasının şahidi olacağıq və Ukraynada olduğu kimi, "Rus Maydanı"nın da sponsorları elə oliqarxlar, bu gün hələ ki, Putinin yanında qərar tutanlar olacaq".

Tarix
2014.11.05 / 13:26
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla