Yuxarı

Ermənilərin hərbi maşını qəzaya uğradı: yaralılar var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən düşmən ordusunun bölmələrində dekabrda avtoqəzalardan xəsarət alaraq hospitala düşənlərin sayı kəskin surətdə artıb.

Publika.az xəbər verir ki, altıncı dağ atıcı alayının hərbi qulluqçusu Kaçik Gevorkyan məzuniyyətdə olarkən “Qazel” markalı avtomobildən yıxılaraq xəsarət alıb. Mülki həkimlər tərəfindən ilk tibbi yardım göstərildikdən sonra o, hospitala təxliyə olub.

Başqa bir məlumatda isə beşinci taborun zabiti Rafael Sahakyanın avtoqəza nəticəsində ağır xəsarət aldığı bildirilir. Zabitin qohumlarının yazdıqlarından məlum olur ki, zabit R.Sahakyan Gorus-Xankəndi yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ağır yaralanıb. İki gün Gorusda mülki tibb müəssisəsində müalicə olunduqdan sonra o, hərbi hospitala göndərilib.

Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.

Tarix
2019.01.10 / 22:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlərin qaytarılmasını alqışlayırıq - Mişel

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla