Yuxarı

71 illik sərhəd ənənəsi: hər gün minlərlə insan... – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan ilə Hindistan arasındakı Vagah sərhəd qapısı 1947-ci ilkdən bəri hər gün xüsusi mərasimlə bağlanır.

Qaynarinfo.az xəbər verir ki, mərasimi izləmək üçün hər il minlərlə turist bura axın edir.

İki ölkənin 1947-ci ildə ayrılmasından sonra açılan sərhəd qapısı bu tarixdən etibarən hərbçilərin güc nümayişinə çevrilib.

Hər gün təxminən 1 saat davam edən mərasim rəqs və hərbi tamaşalarla başlayır. Bir ayağı olmayan veteranların çıxışından sonra qılınclı bir komandir qapıya doğru hərəkət edir. Komandirin ardınca qadın hərbçilərin yürüşü olur. Daha sonra isə ayaqqabılarının altına dəmir vurulmuş əsgərlərin təntənəli şəkildə keçidi tribunada alqışlarla müşayiət edilir.

Oxşar mərasim Hindistan tərəfdə də gerçəkləşdirilir. Hind əsgərləri əllərindəki ağacları və yumruqlarını bir-birlərinə göstərərək iki ölkə arasındakı rəqabəti təmsil edən hərəkətlər sərgiləyirlər.

Hər iki tərəfin qapıları bağlandıqdan sonra əsgərlər ayaqlarını yuxarı qaldıraraq əks istiqamətdə addımlayırlar. Sərhəddin tən ortasında qarşı-qarşıya gələn əsgərlərin görüşməsi ilə davam edən mərasim bayraqların endirilməsi ilə sona çatır.

Hər gün günəş batarkən keçirilən mərasimin ardından sərhəd qapıları bağlanır və sabahkı gün saat 9:00-da mərasimsiz bayraqların qaldırılması ilə yenidən açılır.

Tədbiri izləyənlər üçün hər iki tərəfdə tribunalar qurulub. Ümumilikdə hər gün təxminən 15 min insan bu mərasimi izləyir. Yay aylarında isə izləyicilərin sayı 40 minə çatır. Həmçinin şagirdlərə vətənpərvərlik ruhu aşılayan məktəblər də buraya ekskursiyalar təşkil edir.

Tarix
2019.01.11 / 14:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla