Yuxarı

Şok: Əsəd Suriya torpaqlarını İrana satır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad Suriya Ordusu (ASO) paytaxt Dəməşqdə strateji cəhətdən önəmli olan Şərqi Gutanı ələ keçirib.

Axar.az xəbər verir ki, Əl Nusra cəbhəsi ilə birləşərək bir çox bölgəni Əsəd rejimindən azad edən ASO iqtidarın nəzarətində olan bölgələrdəki torpaqların İrana satıldığını açıqlayıb.

Təşkilatın sözçüsü Əmmar əl-Busi bu barədə məlumat verərək işğal olunmuş bütün şəhərlərdə rəsmi sənədlərin Əsəd qüvvələri tərəfindən yandırıldığını deyib: "Hələb, Həma, Hums kimi şəhərləri əlində saxlayan Əsəd rejimi digər azsaylı xalqların öz şəhərlərinə dönməyinə icazə verdiyi halda sünnilərin və türkmənlərin şəhərdən çıxmasını qadağan edib. Bir çox bölgələrdə iranlılara xüsusi imtiyazlar verilir. Əsəd qüvvələri nəzarətində olan torpaqları iranlılara satır. Bölgəni tərk edərkən ordu qüvvələri vətəndaşlara məxsus bütün sənədləri yandırıb. Hətta həbsxanada belə məhbusların sənədləri qalmayıb. Buna səbəb sünni və türkmənlərin vətəndaşlığının əllərindən alınmasıdır".

Bütün sənədlərin yandırıldığı halda iranlılara məxsus sənədlərin saxlandığını deyən təşkilat sözçüsü Əsəd qüvvvələrinin bir çox inzibati binaları qərargah olaraq istifadə etdiyini qeyd edib:

"Ordu qüvvələri şəhərdən çıxarkən bu binalarda saxlanılan bütün arxiv sənədlərini yandırıb. Aldığımız məlumatlara görə, minlərlə iranlıya vətəndaşlıq verilib".

Tapılan sənədlərin şəhərdən çıxarılmasının vacib olduğunu deyən əl-Busi bunun üçün xüsusi yeraltı tunellərin qazılacağını açıqlayıb.

Tarix
2014.11.05 / 21:00
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla