Yuxarı

Gürcüstanda yeni virus yayılmağa başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda daha bir yoluxucu xəstəlik – qızılca virusu yayılmağa başlayıb. Yanvarın ilk 10 günündə qızılca diaqnozu ilə 60 nəfər xəstəxanaya yerləşdirilib.

Axar.az xəbər verir ki, qızılcaya yoluxmuş xəstələr əsasən 20-40 yaş arasında olanlardır.

Tiflisin İnfeksion Xəstəliklər Xəstəxanasının direktoru Miriana Ezuqbaya bildirib ki, hazırda Tiflisdə qızılcaya yoluxma halları artıb.

“Xəstəxana yalnız qızılca ilə yoluxmuş xəstələri qəbul edir. Qrip virusuna yoluxmuş xəstələr isə başqa şöbələrə yönləndirilir”, - deyə direktor vurğulayıb.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, keçən ilin altı ayı ərzində Gürcüstanda mindən çox qızılca xəstəliyi qeydə alınıb. Bu göstərici ilə Gürcüstan Avropa ölkələri sırasında Serbiya və Ukraynadan sonra üçüncü yerdə dayanıb.

Tarix
2019.01.11 / 19:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla