Yuxarı

Bağdadın qoyduğu vaxt bitdi: Kərkükdə “bayraq böhranı”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq mərkəzi hökuməti ilə İraq Kürd Muxtariyyəti arasında yaşanan “bayraq böhranı” getdikcə daha gərdin xarakter alır.

Axar.az xəbər verir ki, mərkəzi hökumətin verdiyi 24 saatlıq müddət başa çatsa da, Kürdüstan Yurdsevərlər Partiyası bayraqları endirməyi rədd edib.

Partiya təyin olunan vaxtın başa çatmasından sonra yazılı açıqlama verib. Açıqlamada İraq Kürd Muxtariyyəti bayrağının Kərkükdən asılması ilə bağlı yaranan böhranla əlaqədar İraq Federal Məhkəməsinə müraciət edildiyi və məhkəmə qərarı olmadan məsələnin həllinə nail olmağın mümkünsüzlüyü qeyd olunub. Kərkükdə partiya və təşkilat binasında İraq Kürd Muxtariyyəti bayrağının asılı qalacağının elan olunduğu açıqlamada, həmçinin, şəhərdəki hər hansı bir yerdə bayraq asılmasından partiyanın məsuliyyət daşımayacağı bildirilib.

Qeyd edək ki, 9 yanvar tarixində Kərkükdə Kürdüstan Yurdsevərlər Partiyasının bayraqları yenidən peyda olub. Partiya Kərkükün mübahisəli ərazi olduğunu və öz bayrağını asmaq hüququna sahib olduğunu açıqlamışdı. Mərkəzi hökumət isə bayraqların endirilməsi üçün 24 saat vaxt vermişdi.

Tarix
2019.01.12 / 16:22
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla