Yuxarı

Fransanı aksiyalar bürüdü: 240 nəfər saxlanıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:10

“Sarı jiletlilər”in bu gün Fransanın müxtəlif şəhərlərində keçirilən növbəti etiraz aksiyalarında 32 min nəfər iştirak edir. Parisin küçə və meydanlarına isə 8 min etirazçı çıxıb.

Axar.az xəbər verir ki, bu barədə BFM telekanalı güc strukturlarından aldığı qeyri-rəsmi informasiyaya istinadla məlumat yayıb. Telekanal qeyd edir ki, ötən şənbə aksiyalarına nisbətən iştirakçıların sayında xeyli artım var. Bir həftə əvvəl ölkədə nümayişə 26 min, Parisdə isə 2 min nəfər çıxmışdı.

Hazırda Parisdə Zəfər Tağının yaxınlığında yerləşən prospektlərdə nümayişçilərlə polis arasında qarşıdurma yaşanır. Polislər və jandarma onlara atılan daşlara gözyaşardıcı qaz və su şırnaqları tətbiq etməklə cavab verirlər.

Son məlumata görə, səhərdən indiyədək paytaxtda 59 nəfər saxlanılıb.

***

“Sarı jiletlilər”in bu gün Fransada keçirilən növbəti etiraz aksiyalarının gedişində saxlanılanların sayı 240 nəfərə çatıb.

Bir sıra şəhərlərdə, o cümlədən Parisdə aksiyalar iğtişaşlarla müşayiət olunub. Fransa paytaxtında gün ərzində saxlanılan 120 nəfərdən 74-ü həbs edilib. Onlar hüquq mühafizə orqanları əməkdaşlarına qarşı güc işlətməkdə və qadağan olunmuş silah gəzdirməkdə təqsirləndirilir.

Parisdə Zəfər Tağının yaxınlığında yerləşən prospektlərdə nümayişçilərlə polis arasında qarşıdurma yaşanıb. Polislər onlara atılan daşlara cavab olaraq gözyaşardıcı qaz və su şırnaqları tətbiq ediblər.

Son məlumata görə, etiraz aksiyalarında ümumilikdə 84 min nəfər iştirak edib. Ötən şənbə aksiyalarına nisbətən iştirakçıların sayında xeyli artım olub.

Tarix
2019.01.12 / 23:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla