Yuxarı

Ötən il fərdi kompüterlər bazarında lider kim olub?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın "Gartner" analitik şirkəti 2018-ci ilin dördüncü rübü və il üzrə hazır fərdi kompüterlər bazarının yekunlarını açıqlayıb.

Axar.az xəbər verir ki, rüb ərzində 68,6 milyon fərdi kompüter tədarük edilib ki, bu da 2017-ci ilin müvafiq dövründən 4,3 faiz çoxdur. İl ərzində fərdi kompüterlərin tədarük həcmi 259,4 milyon ədədi ötüb. Bu, 2017-ci ilin göstəricisini 1,3 faiz üstələyir.

Şirkət analitiklərinin sözlərinə görə, 2018-ci ildə sahəyə iki əsas tendensiya təsir edib: prosessor çatışmazlığı və ABŞ və Çin arasında ticarət müharibəsi. Bundan başqa, analitiklər qeyd edib ki, mövsümi satışlar daha fərdi kompüterlərə istehlak tələbatı üçün əsas stimulyator rolunu oynamır.

İlin yekunları üzrə dünya fərdi kompüterlər bazarında lider il ərzində payı 20,8 faizdən 22,5 faizədək artan "Lenovo" şirkətidir. İkinci pillədə payı 21 faizdən 21,7 faizədək yüksələn "HP" qərarlaşıb. Əsas tədarükçülər üçlüyünü "Dell" şirkəti tamamlayıb. Bu şirkətin payında da ötən illə müqayisədə artım (15,1 faizdən 16,2 faizədək) müşahidə olunub. Maraqlıdır ki, ümumi payı 60 faizi üstələyən bu şirkətlər sahə üzrə tendensiyaların əksinə olaraq il ərzində satış həcmini artıra biliblər.

Digər iri iştirakçıların payında isə azalma qeydə alınıb. Belə ki, dördüncü yeri tutan "Apple" şirkətinin payı 7,2 faizdən 6,9 faizədək, beşinci pillədə yer alan "Acer Group" şirkətinin payı 6,5 faizdən 6,1 faizədək azalıb. Bir il əvvəl payı 6,8 faiz təşkil edən "Asus" şirkəti 2018-ci ilin yekunlarına görə 6 faizlə kifayətlənib. Digər əsas istehsalçıların ümumi payı isə 22,5 faizdən 20,6 faizədək aşağı düşüb.

Tarix
2019.01.12 / 22:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla