Duzlu yemək də xərçəng yaradır - Onkoloq
01:51
Ana səhifə Planet |
İnquşetiyada avtomobildən açılan atəş nəticəsində iki polis və bir mülki vətəndaş yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya DİN regional idarəsi açıqlama yayıb. Bildirilib ki, Sunjen rayonunda naməlum şəxslər avtomobildən Antiterror Mərkəzinin rəisi İbrahim Elcarkiyevə avtomat silahla atış açıblar. İ.Elcarkiyev xəsarət almayıb, amma yanındakı iki polis və bir mülki vətəndaş yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Onların həyatı üçün təhlükə olmadığı bildirilir.
Tarix
2019.01.12 / 23:22
|
Müəllif
Aytac Araz
|