Yuxarı

Amerikalılar bu xəbərə görə İvanka Trampı ələ saldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, “Faynənşl Tayms” ABŞ Prezidenti Donald Trampın qızı və müşaviri İvanka Trampın Dünya Bankının yeni rəhbəri təyin edilə biləcəyini yazıb.

Qurumun hazırkı sədri Cim Yon Kim 2022-ci ilə qədər vəzifəsini sürə bildiyi halda bir neçə gün öncə istefa verib. O, getməsinin səbəbini açıqlamayıb.

Musavat.com-un məlumatına görə, İvanka Trampın adı hələ ki, şayiə səviyyəsində çəkilsə də, atasının müxalifətçiləri artıq öz fikirlərini bildirməyə başlayıblar. Məsələn, Kaliforniya ştatından demokrat konqresmen Ted Leu Tvitterdə İvanka Trampın təyinatı məsələsinə özünəməxsus tərzdə rişxənd edib: “Amerikalıların içində bu vəzifəyə ən çox İvanka Tramp layiqdir. Axı o öz paltarının markasından məhrum olmaqla bərabər, prezidentin qızıdır. Başa düşmək olar”.

Donald Trampın impiçmenti üçün maliyyə kampaniyasına başlayan milyarder Tom Steyer bunu həyatında eşitdiyi ən gülünc xəbərlərdən biri adlandırıb.

“Yaxın qohumları belə yüksək vəzifəyə təyin etmək korrupsiyanın bir formasıdır. Absurdluğun dərəcəsi adamı şoka salır”, - deyə Böyük Britaniyanın “Qardian” qəzeti ondan sitat gətirib.

Qeyd olunur ki, Dünya Bankının rəhbəri direktorlar şurası tərəfindən təklif olunan namizədlər arasından seçilir. Ənənəvi olaraq məhz ABŞ prezidentinin təklif etdiyi namizədlər yarışmada qalib gəlir. Məsələn, Cim Yon Kimin namizədliyi 2012-ci ildə Barak Obama tərəfindən irəli sürülmüşdü.

Tarix
2019.01.14 / 00:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla