Yuxarı

İranda dəhşətli təyyarə qəzası: 15 ölü - Foto/Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:05

Qırğızıstanın paytaxtı Bişkekdən Tehrana uçan "Boinq 707" yük təyyarəsi İranın Kərəc şəhəri yaxınlığında qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə Press TV kanalı məlumat yayıb.

“İçərisində 10 nəfər olan "Boinq 707" təyyarəsi Tehran ətrafında yerləşən Kərəc şəhəri yaxınlığında qəzaya uğrayıb”, - kanalın Tvitter hesabında qeyd olunub.

Təyyarədə olan 10 nəfərin hamısının öldüyü bildirilir.

***

Press TV təyyarənin pilotlarının qəzadan sonra sağ qala biləcəklərini iddia edib.

Qırğızıstan Hava Yollarına məxsus olan təyyarə eniş zamanı idarəetməni itirdiyi üçün qəzaya düşüb. Eniş zamanı pilotlar səhvə yol verərək hava limanındakı divarla toqquşub, daha sonra isə yaxınlıqdakı yaşayış zonalarına doğru eniş edib.

“Tasnim” agentliyi təyyarənin köhnə, 1958-1979-cu illər aralığında istehsal olunduğunu bildirib.

***

İRNA agentliyi təyyarədə olan 16 nəfərdən indiyə qədər 7 nəfərin meyitinin tapıldığını açıqlayıb. Agentlik təyyarənin pilotunun sağ qaldığını bildirib.

“Təyyarə hər dəfə Qırğızıstandan İrana dondurulmuş ət daşıyırdı. Bu gecə də təyyarəyə 30 ton ət yüklənib”, - Qırğızıstandakı Manas aeroportundan məlumat verilib.

***

Tehran yaxınlığında qəzaya düşən yük təyyarəsi İran ordusuna məxsus olub.

Bu barədə məlumat İran Silahlı Qüvvələrinin saytında yer alıb. Məlumata görə, təyyarə Alborz hava limanında təcili eniş etdiyi zaman qəzaya düşüb.

***

Qəza nəticəsində həlak olan 15 nəfərin meyiti tapılıb.

Bu barədə İranın Məhkəmə-Tibbi Ekspertiza Təşkilatından məlumat verilib.

Tarix
2019.01.14 / 14:37
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla