Nyu York Prokurorluğu ABŞ-ın Ədliyyə Nazirliyi ilə birgə
rus oliqarxı Gennadi Timçenkonun şirkəti olan "Gunvor Group"un
çirkli pullarının yuyulması şübhəsinə görə araşdırmaya
başlayıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Val Strit
Jurnal" ("The Wall Street Journal") yayıb.
Məlumatda bir zamanlar Timçenkonun idarə etdiyi şirkətin Rusiya
ilə imzalanmış korrupsiya xarakterli anlaşmalarla bağlı olduğu
bildirilir. Hazırda isə prokurorlar şirkətin "Rosneft"lə olan
şübhəli əlaqələrini yoxlayır.
Qeyd edək ki, "Gunvor Group" şirkətinin 44%-i ABŞ-ın Rusiyaya
sanksiyalar tətbiq edəcəyi ana qədər Gennadi Timçenkoya məxsus
olub. Sanksiyalar tətbiq edildikdən sonra isə Timçenko özünə məxsus
səhmləri partnyoruna satıb.
Onu da xatırladaq ki, Timçenko Vladimir Putinin yaxın adamları
sırasında yer alır.