Yuxarı

Sərkisyanın daha bir adamı ABŞ-a qaçdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin eks-deputatı “Şmays” ləqəbli Arakel Movsisyan ABŞ-a qaçıb.

Axar.az xəbər verir ki, erməni mediası Movsisyanın Ermənistanda 1,5 milyon dollar kredit borcu olduğunu yazıb. Borclarını ödəməsi üçün Şmays özünün şadlıq sarayı və yarmarkasını satışa çıxarsa da, heç bir uğur əldə etməyib. Bundan sonra Şmays ABŞ vizası almaq üçün Amerika səfirliyinə müraciət edib.

Qeyd edək ki, Arakel Movsisyan Manvel Qriqoryanın yaxın adamlarından biri olub. Movsisyanın parlamentdə deputat seçilməsinə məhz Qriqoryan şərait yaradıb. Qriqoryanın keçmiş döyüş yoldaşı olan Movsisyan sonralar Ermənistan hökumətinin əmriylə müxtəlif cinayətlərin təşkilində də iştirak edib.

Bəzi mənbələr onun Ermənistan parlamentində təşkil edilən teraktın dolayısı iştirakçısı olduğunu bildiriblər. Belə ki, Movsisyanın qardaşı Muşeq Movsisyan (sonradan Muşeq Movsisyan müəmmalı yol qəzasında ölüb – red.) o zaman parlamentdə deputat olub. İddiaya görə, məhz o, terrorçuların parlamentə girişinə şərait yaradanlardan biridir.

Tarix
2019.01.15 / 12:22
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla