Yuxarı

63 erməni əsgər öldü – Rəsmi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ildə Azərbaycanın işğal altında olan Qarabağ ərazisində 63 erməni əsgər ölüb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, ölənlərdən 27-si həqiqi hərbi xidmət keçənlər, 23-ü muzdlu, 2-si gizir, 11-i isə zabitdir.

Prokurorluq bəyan edib ki, 38 ölüm hərbi xidmətlə bağlı olub, xidmətə aid olmayan hadisə nəticəsində ölüm halı isə 25 faktdır.

38 hərbi xidmətlə bağlı olan faktlar bunlardır: 7 əsgər Azərbaycan Ordusunun atəşi ilə məhv edilib, 11 nəfər intihar edib, 2 nəfər silahla düzgün rəftar edə bilmədiyi üçün aldığı güllə yarasından, 3-ü xəstəlikdən, 1-i minadan, 4-ü bədbəxt hadisədən, 6-sı yol qəzasında, 2-si atəşkəsin pozulması zamanı, 2-si təyyarə qəzasında ölüb.

Hərbi xidmətdən kənarda ölüm faktları isə belədir: 11 əsgər yol qəzasında, 10-u xəstəlikdən, 4-ü bədbəxt hadisə nəticəsində ölüb.

Qeyd edək ki, media və sosial şəbəkələrdə ölü sayının daha çox olduğu bildirilib.

Rəsmi açıqlamada yaralıların sayı açıqlanmayıb.

Tarix
2019.01.15 / 14:32
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla