Əl Qaidə lideri Usamə bin
Ladenin öldürülməsi həmin əməliyyatda iştirak edən amerikalı
hərbçilər arasında əməlli başlı mübahisəyə səbəb olub.
Axar.az xəbər verir ki, bir müddət əvvəl Qərb mətbuatı bin
Ladeni 38 yaşlı Rob Onil adlı xüsusi təyinatlının öldürdüyünü
yazmışdı. Onun 2011-ci il mayın 2-də keçirilən əməliyyat zamanı bin
Ladenə başından 3 dəfə atəş açdığına görə, mükafata layiq görüldüyü
bildirilmişdi.
Bu məlumat əməliyyatda iştirak edən "dəniz pişikləri" arasında
narazılığa səbəb olmuşdu. Onlardan biri "Röyters" agentliyinə
bildirmişdi ki, bin Ladeni Onildən əvvəl otağa girən xüsusi
təyinatlı vurub.
Onilin açıqlamaları həmçinin keçmiş xüsusi təyinatlı Mett
Bizonettin yazdığı "Ağır gün" adlı kitabında da təsdiqini tapmır.
Kitab 2012-ci ildə Mark Ouen imzası ilə nəşr olunmuşdu. Bizonett də
öz həmkarının açıqlamalarını təsdiqləməmişdi.
Hazırda Bizonett özü gizli məlumat yaydığı üçün istintaqa cəlb
olunub. Buna baxmayaraq, onun "Qəhrəmanlarsız: HDQ xüsusi
təyinatlılarının təkamülü" kitabı nəşr olunacaq.