Yuxarı

İŞİD Britaniya kraliçasını necə öldürmək istədi? – Şok təfərrüat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya polisi kraliça II Yelizavetaya qarşı sui-qəsd təşkil edən 4 islamçını həbs edib.

Axar.az xəbər verir ki, bu barədə İngiltərənin "Sun" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, terrorçular II Yelizavetanı dünən hərbi konfliktlərdə həlak olmuş Britaniya Kral Legionunun xatirəsinə həsr olunmuş tədbir zamanı öldürməli imiş. Cinayətkarlar kraliçaya Kral Albert zalında bıçaqla hücum etməyi planlaşdırırmış. Ehtimal olunur ki, onların üzərində odlu silah da olub.

Polis 19-27 yaş arası 4 gənci saxlayıb və Londonnun qərbində və Bakinqemşir qraflığında bir neçə reyd keçirib.

"Deyli Meil" qəzetinin məlumatına görə, 19 yaşlı Yusuf Səid anasının evində həbs olunub. Onun Pakistandan bir neçə gün əvvəl qayıtdığı bildirilir. Digər terrorçu isə Sauthollda polis tərəfindən saxlanılıb. Digər iki nəfər isə Haunslou və Aksbricdə həbs olunub.

Terrorçuların saxlanılması əməliyyatında anti-terror bölmələri, Mİ5 agentləri və digər xüsusi xidmət orqanlarının əməkdaşları iştirak edib.

"Sun" qəzeti yazır ki, II Yelizaveta və Baş nazir Devid Kameron sui-qəsdlə bağlı əvvəlcədən məlumatlandırılıblar. Buna baxmayaraq kraliçanın tədbirdə iştirakı təxirə salınmayıb.

Terrorçuların İŞİD qruplaşması ilə əlaqədə olması ehtimal edilir. Bir müddət əvvəl Qərb mətbuatında İraq və Suriyada döyüşən islamçıların Avropa və ABŞ-da terror aksiyaları törətməyə hazırlaşdıqları ilə bağlı məlumat yayılmışdı.

Tarix
2014.11.08 / 10:58
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdama getdilər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla