Yuxarı

Kəlbəcərdə ölən ermənilərlə bağlı yeni məlumat - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019.01.21 - 11:13

Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda ağır qəza baş verib.

Axar.az xəbər verir ki, qəza Kəlbəcərdən Zar kəndinə gedən yolun 12-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, “Niva” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq dərəyə aşıb. Nəticədə sürücü və 2 sərnişin ölüb, daha bir sərnişin isə ağır yaralanıb.

Faktla bağlı araşdırma başladılıb.

***

Yanvarın 20-də gecə saat 22 radələrində işğal altında Kəlbəcər yolunda baş vermiş avtomobil qəzasının təfərrüatı açıqlanıb.

Musavat.com xəbər verir ki, hadisə Kəlbəcərdən Tsar kəndinə gedən yolda baş verib. "Niva" markalı avtomobilin Kəlbəcərin 12 km-liyində uçuruma yuvarlanması nəticəsində sərnişinlər A.İ, E.A və sürücü O.Q. qəza yerindəcə keçiniblər. A.T adlı şəxs isə ağır yaralanıb. O, tibb mərkəzinə yerləşdirilib, vəziyyəti orta ağırdır.

Ölənlərin hər üçü Ermənistanın Vatnodzor vilayətinin Vernaşen kəndinin sakinləridir. Yanvarın 21-də Qladzor kəndinin icra nümayəndəsi Armen Movsisyan bununla bağlı açıqlamasında deyib ki, sürücü və sərnişinlər dost olub. Onlar tikinti işi ilə məşğul olurmuşlar. Ermənistanda fəlakətli durumda yaşayan ermənilər işğal altındakı Azərbaycan torpaqlarına da qanunsuz olaraq aparılan tikinti işlərində çalışmağa gedirmişlər. Movsisyan onu da deyib ki, hadisəyə sürücünün səhhətinin qəfil pisləşməsi və idarəetməni itirməsi səbəb olub. Nəticədə “Niva” yoldan çıxıb və dərəyə yuvarlanıb.

Tarix
2019.01.22 / 01:49
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla