Yuxarı

Dünyada sərmayələrin həcmi kəskin azaldı - Hesabat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNSTAD) məlumatında bildirilir ki, 2018-ci ildə dünyada sərmayələrin sayı 19 faiz azalıb. Belə ki, 2017-ci ildə 1,47 trilyon dollar olan qlobal investisiyaların miqdarı ötən il 1,2 trilyon dollara enib.

Axar.az xəbər verir ki, hesabatda bu tendensiyanın qlobal maliyyə böhranı şəraitində üç ildir davam etdiyi, əsas azalmanın isə amerikan biznesinin xarici sərmayələrində müşahidə olunduğu qeyd edilir. Belə ki, hesabat ilində ABŞ sərmayəçiləri öz vəsaitlərini geri çəkərək digər ölkələrə 40 faiz – 451 milyard dollar az investisiya qoyublar. Bu azalma Konqresin yeni vergi sistemi tətbiq etməsi ilə bağlıdır. Amerikan şirkətlərinin bu addımı Avropaya sərmayə axınını görünməmiş həcmdə - 73 faiz azaldıb. Köhnə qitəyə amerikan sərmayəsi 1990-cı il səviyyəsinə düşüb və cəmi 100 milyard dollar təşkil edib. Bəzi Avropa ölkələrində isə investisiya göstəriciləri mənfi həddə qədər düşüb.

Asiyada sərmayə qoyuluşu 5 faiz, Afrikada isə 6 faiz artıb. Lakin Cənubi Amerika ölkələrində bu göstərici 4 faiz azalıb.

Əvvəlki illərdə olduğu kimi, sərmayə göstəricilərinə görə ABŞ liderlik edir. Ötən il Birləşmiş Ştatların iqtisadiyyatına qoyulan birbaşa investisiyaların həcmi 226 milyard dollar olub. İkinci yerdə 142 milyard dollarla Çin, üçüncü yerdə isə 122 milyard dollarla Böyük Britaniyadır.

Tarix
2019.01.21 / 19:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla