Yuxarı

Kerçdə dəhşət: türklərin olduğu iki gəmi yandı, 14 ölü - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019.01.21 - 20:35

Kerç boğazında iki gəmi yanır.

Axar.az xəbər verir ki, gəmilərdən birində 17, digərində isə 14 olmaqla, cəmi 31 dənizçi var. Bu barədə Rusiya Dənizçilik Agentliyi məlumat yayıb.

Tanzaniya bayrağı altında üzən gəmilərdə Türkiyə və Hindistan vətəndaşlarının olduğu bildirilib. Gəmilərdən birinin partlama təhlükəsi ilə üz-üzə qaldığı vurğulanıb.

***

Gəmilərin yanması nəticəsində 10 nəfər dünyasını dəyişib, 14 nəfər isə yanıq xəsarətləri ilə xilas edilib.

Bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

***

Rusiya Dəniz Donanması Tanzaniya bayrağı altında üzən "Kandi" və "Maestro" gəmilərində ölənlərin sayının 11 nəfərə çatdığını açıqlayıb.

Məlumata görə, 12 nəfər xilas edilib, xilasedicilərin gözü önündə 3 nəfər suya düşüb, 5 nəfərin taleyindən isə xəbər yoxdur. Gəmilərin göyərtəsində yanğın hələ də davam edir.

İlkin məlumata görə, yanğın bir gəmidən digərinə yanacaq daşınarkən baş verib.

AKP-nin sözçüsü Ömər Çelik hər iki gəmidə 16 Türkiyə vətəndaşının olduğunu deyib.

***

Rusiya Dəniz və Çay Nəqliyyatı Federal Agentliyinin məlumatına görə, hadisə nəticəsində 14 dənizçi həlak olub, 17 nəfər isə xilas edilib.

Novorossiysk Xilasetmə-Əlaqələndirmə Mərkəzinin məlumatına əsasən, xilasetmə işlərinə 10 gəmi cəlb edilib.

Tarix
2019.01.22 / 00:33
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan razılaşdı: 4 kəndlə bağlı qərar verildi - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla