İrəvan Bakıya 2 ay vədi verdi və vədi pozdu - Lavrov
02:32
Ana səhifə Planet |
Ukrayna Mərkəzi Seçki Komissiyasının yanvarın 21-də keçirilən iclasında ölkənin Fiskal Xidmətinin sabiq rəisi, əslən azərbaycanlı Roman Nəsirovun prezidentliyə namizədliyi qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna MSK-nın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, MSK həmçinin Aleksandr Şevçenkonun prezidentliyə namizədliyini qeydə alıb. Bununla da Ukraynada prezidentliyə namizədlərin sayı 12-yə çatıb.
Xatırladaq ki, Ukraynada seçki kampaniyasına dekabrın 31-dən başlanılıb. Prezident seçkiləri martın 31-də keçiriləcək.
Tarix
2019.01.21 / 20:53
|
Müəllif
Axar.az
|