Yuxarı

Daha bir ölkə İsraildən şikayət etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İordaniya İsrailin cənubundakı Timna vadisində aeroportun tikintisi ilə əlaqədar BMT yanında Beynəlxalq Mülki Aviasiya Təşkilatına bu ölkədən şikayət edib.

Axar.az xəbər verir ki, aeroport sahilyanı Aqaba şəhərində Kral Hüseyn adına İordaniya Beynəlxalq Aeroportunun cəmi on kilometrliyindədir. İordaniya ehtiyat edir ki, belə yaxın qonşuluq uçuşların təhlükəsizliyinin təmin edilməsində problemlər yaradar.

İordaniya Mülki Aviasiya İdarəsinin başçısı Haysam Mistu bildirib ki, onun ölkəsi İsrail aeroportunun Timnada inşa edilməsi və ondan birtərəfli istifadə olunması əleyhinədir. İsrail beynəlxalq standartlara riayət etmir və İordaniyanın maraqlarının tam təmin olunması üçün tədbirlər görmür. Mistu fikrinə aydınlıq gətirərək deyib ki, İordaniyanın bu mövqeyi aeroportun işlədilməsi zamanı hava məkanının və başqa ölkələrin ərazilərinin suverenliyinə hörmət barəsində beynəlxalq standartların İsrail tərəfindən pozulması ilə bağlıdır. O, 1944-cü ildə dünyanın 192 ölkəsi tərəfindən imzalanmış mülki aviasiya haqqında Çikaqo Konvensiyasına İsrailin riayət etməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, bundan öncə Fələstin və Suriya İsraildən BMT-yə şikayət məktubu ünvanlayıb.

Tarix
2019.01.22 / 01:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla