Ana səhifə Planet |
Bu gün Almaniya kansleri Merkellə Fransa Prezidenti Emmanuela Makron Aaxen şəhərində Alman-Fransız İş Birliyi və İnteqrasiya Razılaşmasına imza atıblar.
Axar.az xəbər verir ki, yeni razılaşma 22 yanvar 1963-cü ildə Almaniya kansleri Konrad Adenauerlə Fransa Prezidenti Şarl de Qoll arasında imzalanan Yelisey razılaşmasının əsasında hazırlanıb. Yeni razılaşmanın 7 başlıq, 28 maddə və 16 səhifədən ibarət olduğu vurğulanıb.
Hər iki tərəf imzalanan müqavilənin ikili əlaqələri yeni bir səviyyəyə çatdırmaq və 21-ci əsrdə iki ölkə və Avropanı qarşılaşdığı problemlərə hazırlamaq olduğunu bildirib.
Almaniya mətbuatı yeni razılaşmanın daha çox siyasi mesaj xarakteri daşıdığını yazıb. Belə ki, bu razılaşma çərçivəsində iki ölkənin AB-ni reformlara hazırlayacağı qeyd edilib. Bununla bərabər bu müqavilənin Avropada artan populizm və millətçiliyə qarşı savaş elanı anlamına gəldiyi vurğulanıb.
Almaniya kansleri Angela Merkel Yelisey razılaşmasının 56-cı ildönümündə Berlinin Fransa ilə iş birliyini artırmaq məqsədiylə imzaladığı Alman-Fransız İş Birliyi və İnteqrasiya sazişinin Avropa ordusunun yaradılması istiqamətində ilk addımlar olduğunu bildirib.
Tarix
2019.01.22 / 16:49
|
Müəllif
İlkin Həsənov
|