Yuxarı

"Nation": "Bu seçkilər Amerikada siyasi inqilabı gerçəkləşdirə bilər"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalılar siyasətçilərin əksəriyyətinin arxasında dayanan korporasiyaları kor-koranə seçməyə məcburdurlar və seçkiqabağı kampaniyalar zamanı bütün milli KİV-lərdəki siyasi reklamlar vətəndaşları çaşdırır, onları mühüm problemləri həll etmək cəhdindən yayındırır.

Axar.az xəbər verir ki, bu fikirlər "The Nation"un şərhçisi Con Nikolsun məqaləsində yer alıb. Onun fikrincə, ABŞ konqresinə aralıq seçkilərinə hazırlıq kampaniyaları demokratiyaya deyil, dollarokraniyaya hazırlıq idi.

Vətəndaşların rəyi birinci dərəcəli rol oynayan, səsvermənin son nəticələri isə seçicilərin iradəsini əks etdirən demokratiyadan fərqli olaraq dollarokratiyada durum tamam başqa cür olur: pul və korporasiyalar siyasətçilərə hərəkət xəttini sanki diktə edirlər. ABŞ-da hər bir seçkiqabağı kampaniya əvvəlkindən daha başa gəlir və hökumət "donorların" tələblərinə reaksiya verməyə bilmir. Bu durum açıq-aydın daxili böhrandan xəbər verir.

Lakin dollaokratiyanın əlamətləri özünü yalnız maliyyə məsələlərində deyil, milli KİV-in materiallarındakı təzyiqlərdə də göstərir. Şərhçinin fikrincə, Amerika demokratiyasını dirçəltməyin yeganə yolu – 2016-cı ilin prezident seçkilərinə hazırlaşmaqdır. Bu seçkilər Amerikada siyasi inqilabı gerçəkləşdirə bilər. Ancaq "Nation"un şərhçisi Berni Sandersin fikrincə, bununçün bugünkü siyasi, iqtisadi və media elitası ilə vuruşmaq lazım gələcək.

Tarix
2014.11.09 / 16:40
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla