Yuxarı

Spiker xalqı etiraza çağırdı: toqquşma baş verdi – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuelanın paytaxtı Karakasda hökumətə qarşı etiraz aksiyası keçirilib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Nacional” portalı yayıb. Məlumata görə, aksiya zamanı etirazçılarla hərbçilər arasında toqquşma yaşanıb. Paytaxtın Katia rayonunda Milli Qvardiyanın maşınlarına fərqli predmetlər atılıb. Karakasın müxtəlif rayonlarında barrikadalar hazırlanıb və Maduroya etirazı simvolizə edən qazan səsləri eşidilməyə başlanıb.

Hökumət artıq xüsusi təyinatlıları aksiyaların keçirildiyi bölgələrə toplamağa başlayıb. Polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib. Bəzi yerlərdə hətta etirazçılara qarşı odlu silahdan atəş açıldığı bildirilir. İddialara görə, 2 etirazçı həlak olub.

Bolivar ştatının San-Feliks şəhərindəki etirazçılar isə eks-prezident Uqo Çavesin heykəlini yandırıblar.

Qeyd edək ki, bu gecədən etibarən Venesuelada etiraz aksiyalarına start verilib. Etiraz aksiyalarına əhalini Venesuela parlamentinin spikeri Xuan Quaido çağırıb.

Bundan öncə Prezident maduroya qarşı bəzi hərbçilər qiyama cəhd etmişdilər.

Tarix
2019.01.23 / 09:20
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla