Yuxarı

Kreml-İrəvan əlaqələri dağılır: regiona yeni güclər girə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Rusiya əlaqələrindəki gərginlik bu iki ölkənin münasibətlərini əhəmiyyətli şəkildə poza bilər.

Axar.az xəbər verir ki, bu iddia ilə “Stratfor” şirkəti çıxış edib. Ermənistanı “Kremlin Qafqazdakı qalası” adlandıran şirkət Gümrüdə Rusiyanın 102-ci bazası olduğunu, Moskvanın Ermənistanın iqtisadi sektoruna güclü təzyiq göstərdiyini qeyd edib:

“Rusiya Ermənistanın həm də böyük ticarət tərəfdaşıdır. Ermənistanın ümumi ticarətinin 25%-i Moskvanın payına düşür. Ermənistanda son hakimiyyət dəyişikliyi tərəflər arasında baş verən möhkəm münasibətləri şübhə altına qoyub. İki ölkə arasında münasibətlərə xüsusilə eks-prezident Robert Köçəryan və KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov barəsində başladılan cinayət işi güclü təsir göstərib”.

Şirkət həmçinin ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun oktyabrda Ermənistana səfəri və onun burada silah satışıyla bağlı verdiyi bəyanatın da Rusiya-Ermənistan münasibətlərinə təsir göstərdiyini iddia edib:

“Ermənistan-Rusiya tərəfdaşlığının digər sferaları, o cümlədən enerji sektorunda da fikir ayrılığı var. Fikir ayrılığı Ermənistan-Rusiya hərbi əlaqələrini də təhdid altında qoyur. Əgər iki ölkənin münasibətləri pisləşməyə davam etsə, digər qüvvələr, o cümlədən ABŞ, İran və Türkiyə Qafqaz ölkələrinə müdaxilə edə biləcək və Rusiyanın mövqeyini zəiflədəcək. Moskva və İrəvan arasında fikir ayrılığından istifadə edərək, digər ölkələr yaranmış gərginliyi daha da gücləndirə və ümumilikdə regiondakı mövqelərini yaxşılaşdıra bilərlər”.

Tarix
2019.01.23 / 15:31
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla